Üç ölkə Suriyanın taleyini həll edə bilmədi - Bəşər Əsədə qarşı yeni yol
Bizi izləyin

Dünya

Üç ölkə Suriyanın taleyini həll edə bilmədi - Bəşər Əsədə qarşı yeni yol

ABŞ-da prezident Trampın administrasiyası Fransanın və Böyük Britaniyanın nümayəndələri ilə görüşdə Suriyada atıla biləcək mümkün hərbi addımları müzakirə ediblər.

Publika.az xəbər verir ki, rəsmi Vaşinqton agentliyinin yaydığı məlumata görə, tərəflər görüş zamanı 2017-ci ilin aprelində Şayrat təyyarə bazasına edilən hücum və eləcə də digər hücumların nəticələrini analiz etsələr də, məsələnin həllinə dair yekun qərar qəbul edə bilməyiblər.

Liderlərin əsas məqsədi isə Suriya prezidenti Başar Əsədin ölkədə yenidən kimyəvi hücumlar gerçəkləşdirməsinə imkan verməyəcək əsaslı addımların atılmasıdır.

Aprel ayının 11-də Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidenti Donald Trampa Londonun Suriyada keçiriləcəyi ehtimal edilən kimyəvi hücumlara dair daha çox sübuta ehtiyacı olduğunu bildirib.

10 apreldə Fransa prezidenti Emmanyuel Makron çıxışı zamanı bildirib ki, əgər Suriyaya hərbi hücum etməyə qərar verilərsə, bu zaman hədəf birbaşa Suriya hakimiyyətinin kimyəvi silah obyektləri olacaq:

"Hədəfimiz Suriya hökumətinin müttəfiqləri və ya konkret adamlar deyil, yalnız və yalnız kimyəvi silah obyektləri olacaq. Bununla bağlı qərar son bir neçə gün ərzində dəqiqləşdiriləcək"

Xatırladaq ki, aprelin 9-da ABŞ prezidenti Donald Tramp Suriyada kimyəvi hücum təşkilatçıları barəsində əhəmiyyətli qərar qəbul ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Rəsmi Ağ Ev prezident Trampın növbəti 2 sutka ərzində konkret cavab deyəcəyini bildirib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm