Trampın "Canavar" limuzini - Kimyəvi silah da təsir etməyəcək - FOTOLAR
Bizi izləyin

Dünya

Trampın "Canavar" limuzini - Kimyəvi silah da təsir etməyəcək - FOTOLAR

ABŞ prezidenti Donald Trampın bahalı maşın kolleksiyasının olduğu hər kəsə bəlli idi. İndi isə onun test zamanı kameralara tuş gələn "Canavar"(Monster) ləqəbli və xüsusi sifarişlə hazırlanan limuzininin görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, Donald Trampın bu tip dövlət avtomobilləri çox olsa da, məhz "Cadillac" limuzini "General Motors" tərəfindən istehsal edilib. Avtomobil tamamilə digər modellərdən seçiləcək şəkildə kamuflyaj olunub. ABŞ-ın gizli Xidmət agentliyindən avtomobillə bağlı verilən məlumata görə, kimyəvi silahlara qarşı belə dözümlü olan bu limuzin xüsusi olaraq 15,8 milyon dollarlıq müqavilə əsasında hazırlanıb.

Zirehli ekipaj yeni nəsil texnologiya əsasında gizli istehsal edilib. Limuzinin digər modellərinin də cari ilin sonlarına yaxın təqdim ediləcəyi gözlənilir. İstehsalçılar avtomobillərin hazırlanma prosesini təhlükəsizlik məqsədilə gizli saxlayırlar. Verilən ilkin məlumatlara görə, lüks sedan limuzin ballistik silahlara, bomba, istənilən silahlardan açılan atəşə, eləcə də kimyəvi hücumlara qarşı qoruma mexanizmi ilə təchiz edilib. Təkərlərin üzəri güllə keçirməz şinlərlə örtülüb. Həyati təhlükəli məqam üçün isə avtomobilin içərisində xüsusi tibbi çanta və ləvazimatların olduğu bölmə yaradılıb.

Avtomobil "Cadillac" flaqmanına, "CT6" Sedan avtomobil dizaynına bənzəyir. ABŞ prezidentlərini daşıyan xüsusi zirehli limuzinlər "Cadillac" firması tərəfindən 1993-cü ildən etibarən hazırlanır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm