Suriyaya hava zərbələri: Niyə S-400-lərin gücü ortaya çıxmadı?
Bizi izləyin

Dünya

Suriyaya hava zərbələri: Niyə S-400-lərin gücü ortaya çıxmadı?

Hərbi mütəxəssislər Suriya böhranının artıq ABŞ liderliyində Qərb ölkələri ilə Rusiya arasında texnoloji müharibəyə çevrildiyini düşünür. Lakin mütəxəssislər “texnoloji güc nümayişi” və Dəməşqə hərbi zərbələrdən sonra Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri alıb-almayacağı haqqında qiymətləndirmə etməsini düzgün saymır.

Teleqraf.com-un xəbərinə görə, istefada olan general-leytenant Ərdoğan Qaraquş deyib ki, Suriyaya hava zərbələrinin Rusiyaya məxsus S-400-lərin olduğu bölgələrin hədəfə alınmaması diqqət çəkicidir:

“ABŞ və müttəfiqləri Suriyaya “Tomahavk”larla zərbə endirib. S-400-lər isə yüksəklikdən uçan raketlərə qarşı sistemdir. Suriyada Əsəd rejimi S-300-lərdən istifadə etdi. S-300-lərin 101 raketdən 71-ni zərərləşdirməsi böyük uğurdur. Ancaq S-400-lər dövrəyə girmədiyi üçün bu sistemin imkanlarının yetərli olmadığı haqda danışmaq doğru olmaz”.

Təhlükəsizlik mütəxəssisi Abdulla Ağar da deyib ki, S-400-lər Suriyaya hava zərbələri zamanı istifadə edilməyib:

“Bununla bağlı konkret foto və video yoxdur. Odur ki, S-400-lərin imkanları haqqında dəyərləndirmənin əsası yoxdur. Fikrimcə, regional və beynəlxalq güclər dizayn edilir. Əsas olaraq şiə və Nüsrə Cəbhəsi qüvvələri ilə ABŞ-ın radikal hesab etdiyi sünni qüvvələrə də həmlə edildi. ABŞ əslində PYD/YPG güclərinə güclü şəkildə dəstək mesajı verdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm