Dünya
Türkiyəni Beynəlxalq Hərbi Tribunala vermək istəyirlər - İDDİA
Fəthullah Gülən camaatı hakimiyyətə qarşı heç sınanmamış bir əməliyyat həyata keçirəcək.Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi mlumata görə, bu iddia ilə Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş çıxış edib.
2014-cü il keçiriləcək prezident seçkisinin Türkiyə üçün əhəmiyyətli bir sistem dəyişikliyinin başlanğıcı olduğunu deyən N.Kurtulmuş bu vəziyyətin Türkiyəni keçmişdə idarə edən bəzi qüvvələr üçün narahatlıq yaratdığını bildirib. Gülən camaatının hakimiyyətə qarşı yeni əməliyyatlarına gəlincə, AKP sədrinin müavini bunları söyləyib:“Məsələn, xaricdə Türkiyənin terrorçu qruplarla əlaqəli bir dövlət olduğu imicini formalaşdırmaq istəyən çoxlu sayda qüvvələr var. Daxildə də onlarla əməkdaşlıq edən qüvvələrin olduğunu görürük. Xüsusilə Suriyadakı terrorçu qruplarla əlaqələndirilərək Türkiyəni Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsinə çıxarılması kimi bir ssenarini də hazırlaya bilərlər”.
N.Kurtulmuş 17 Dekabr əməliyyatlarının seçkilərə təsirinin olmayacağını düşünür: “Son sorğular da göstərir ki, heç bir təsiri olmadı. Bunu düşünən qüvvələrin artıq başqa şeylər edə biləcəyini təxmin edirik. Xalqın 70 faizindən çoxu əməliyyatların mənbəyinin xaricdə olduğuna inanır. Bu əməliyyatın mənbəyi xaricdədir. Əsl hədəfləri hökumətə, Türkiyəyə zərər verməkdir. Buna görə də millətimiz sui-istifadə məsələsi ilə mənbəyi xaricdən olan əməliyyatı bir-birindən ayıra bildi”.
Ömər Dağlı
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT