Dünya
İri dövlətlərin əlaltısına çevrilmiş MÜSƏLMAN ÖLKƏLƏRİ
Orta Şərqi tamamilə hərbi bazaya çevirən qərb ölkələri bölgədəki hərbi sərvətlərini hər keçən gün artırmaqda davam edir. Təkcə ABŞ-ın 12 şərq ölkəsində 54 000 əsgəri var. Digər tərəfdən Rusiya isə əldə etdiyi razılaşmalar nəticəsində hələ daha 50 il Suriyada qalacaq. Son olaraq, İngiltərə keçən həftə Bəhreyndə ilk daimi hərbi bazasını açıb.
Publika.az dünyanın hegemon ölkələrinin şərqdəki hərbi qüvvələrini və onların yerləşmə məqsədlərini diqqətinizə çatdırır.
ABŞ
ABŞ hərbi qüvvələrini yerləşdirdiyi 12 ölkənin (Misir, İsrail, Livan, Qətər, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt, İraq, Yəmən, Oman, İordaniya, Suriya) 7-də hərbi baza qurub. ABŞ müttəfiqi kimi gördüyü PKK/PYD ilə birlikdə Suriyanın şimalı və çimal-şərqindəki geniş ərazini nəzarəti altına alıb və bu bölgədə 2 hərbi hava bazası, 8 hərbi nöqtədə isə özəl birlik və hərbi komandalar qurub. Pentaqonun sözçüsü Rob Manninq 2017-ci ilin dekabr ayında verdiyi açıqlamada Pentaqonun İraqda 5200, Suriyada isə 200 əsgəri olduğunu bildirmişdi. ABŞ-ın Orta Şərqdəki ən böyük hərbi bazası isə Qətərdə yerləşir. “Əl-Udeyd” adlı bu bazada, təxminən, 11 000 amerikalı əsgər var. Küveytdə isə sadəcə “Əd-Doha” hərbi bazasında 10 000-dən çox amerikalı əsgərlə yanaşı, 1000-dən çox tank və yüzlərlə müharibə təyyarələrinin olduğu iddia edilir.
Rusiya
Rusiya Suriyaya müdaxiləsini 2015-ci ildən etibarən kiçik ölçüdə hava qüvvələri platforması ilə başlatdıqdan bir müddət sonra ölkədəki “baş qəhrəman” rolunu öz üzərinə götürüb. Rusiya prezidenti Vladimir Putin ilə Suriya rejimi arasında 2016-cı ildə imzalanan razılaşmaya görə, Rusiya qüvvələri Aralıq dənizi sahillərindəki Lazkiyə vilayətində yer alan Hmeymim hava bazasını 50 il boyunca istifadə edə biləcək.
Fransa və İngiltərə
BƏƏ-nin paytaxtı Əbu Dabidə yerləşən Fransanın daimi hərbi bazasında, təxminən, 700 fransız əsgərinin olduğu deyilir. İngiltərə isə 2014-cü ildən başlatdığı Bəhreyn, BƏƏ və Omanda hərbi baza qurmaq əməliyyatlarını keçən həftə uğurla tamamladı və ilk daimi bazasını açdı.
Zümrüd
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı