Ana 7 yaşlı oğlunu hamamda boğdu - DƏHŞƏT
Bizi izləyin

Dünya

Ana 7 yaşlı oğlunu hamamda boğdu - DƏHŞƏT

Ana 7 yaşlı oğlunu hamamda boğdu.

Publika.az xəbər verir ki, hadisə Ukraynada baş verib. 28 yaşlı qadın oğlunu hamamda yuyunduran zaman anidən boğmağa başlayıb. Daha sonra isə cəsədi vannada qoyub və evdən çıxıb. Hadisə barədə polisə yanlış informasiya verən qadın, oğlunun çimən zaman yıxılaraq boğulduğunu deyib. Lakin bu gün qadın şübhəli qismində saxlanılıb.

Məlum olub ki, qadının ciddi psixoloji problemləri olub. O dəfələrlə uşağını öldürməyə cəhd edib, lakin son anda qonşuluqda yaşayan qadın baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb. Bu dəfə isə qadına mane olmaq mümkün olmayıb.

Polis cəsədin ekspertizaya göndərilməsini tələb edib. Ekspertizanın nəticələrinə görə isə uşağın boğaz nahiyyəsində və çiynində əziklər aşkarlanıb.

Ailəsi qadının xəstə olduğunu etiraf edib və uşağın onunla tək qalmasına icazə vermədiklərini deyib. Lakin təsadüfən evdə oğlu ilə tək qalan qadın onu öldürməyə müvəffəq olub.

Faktla bağlı cinayət işi açılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm