60 min il yaşı olan QƏRİBƏ MAĞARA: fit çalır
Bizi izləyin

Dünya

60 min il yaşı olan QƏRİBƏ MAĞARA: fit çalır

Türkiyədə 60 min illik tarixi mağara görənləri heyrətə gətirib.

Publika.az xəbər verir ki, ölkənin Samsun vilayətində yerləşən mağara yerli xalq tərəfindən "fit çalan mağara" adını alıb. Buna səbəb isə mağaranın ortasında yerləşən kiçik dəlikdən hava axının keçəməsi nəticəsində uzun müddət davam edən fit səsidir.

Mağara turistlərin böyük diqqətinə səbəb olub. Bu mağara haqqında ABŞ-ın ən prestijli jurnalları məqalə dərc edib.

Mağaranın yerləşdiyi Təkkə kənd Bələdiyyəsi mağarayla bağlı məlumatlar verib. Onun eradan 60 min il əvvələ aid olduğu bildirilib. Dünyada məlum olan ən qədim insan məskənlərindən 8-cisi məhz bu mağara olub. Qeyd olunur ki, Fit çalan mağara Türkiyədə yerləşən ən qədim insan məskənlərindən üçüncüsüdür.

Bələdiyyənin yaydığı məlumatlara görə, 2 il ərzində mağaraya 180 min nəfər səfər edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm