Dünya
Tramp: "Kimin danışığı xoşuma gəlməsə, iclası tərk edəcəm"
Yaponiyanın Baş naziri Şinzo Abeni Floridada qəbul edən
ABŞ lideri Donald Tramp "Palm Beach"da verdiyi açıqlamada bütün
dünyanın maraqla gözlədiyi və gələn ay baş tutacaq tarixi görüş
öncəsi Şimali Koreyaya kəskin mesaj göndərib.
Publika.az xəbər verir ki, Tramp dünən ABŞ Mərkəzi
Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Mike Pompeonun Şimali Koreya
lideri Kim Çen İn ilə gizlicə görüşdüyü və görüşün problemsiz
keçdiyi barədə öz Tvitter səhifəsində paylaşım edib.
Floridadakı çıxışı zamanı isə Pompeonun Kimlə görüşünü şərh edərkən belə deyib:
"Görüşün məhsuldar keçəcəyini düşünməsəydim, oraya getməzdim. Mən daha əvvəl də görüş haqqında fikirlərimi paylaşan zaman bildirmişdim ki, görüş uğursuz istiqamətdə davam edərsə, hörmətsizlik etmədən iclası tərk edəcəm".
Donald Tramp onu da əlavə edib ki Pyongyang nüvə silahlardan
imtina edənə qədər Şimali Koreya üzərindəki "maksimum təzyiq" davam
edəcək.
Bundan başqa, görüş zamanı Tramp Şimali Koryea lideri ilə Şimali
Koreyada məhbus olaraq saxlanılan üç Amerika vətəndaşının azadlığa
buraxılması məsələsini də gündəmə gətirdiyini deyərək, məsələnin
qısa zamanda həll ediləcəyinə dair razılıq əldə etdiyini də
vurğulayıb.
O, Trampın tarixi görüş üçün beş ayrı məkan arasında seçim edəcəyini də diqqətə çatdırıb.
Aprel ayının 27-də keçiriləcək digər bir tarixi görüş isə nəzəri olaraq müharibə vəziyyətində olan düşmən qardaşlar - Şimali və Cənubi Koreya liderləri arasında olacaq.
Könül Cəfərli
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı