Hava limanına hücum: 23 nəfər ölüb
Bizi izləyin

Dünya

Hava limanına hücum: 23 nəfər ölüb

Hava limanına hücum: 23 nəfər ölüb

Pakistanın Sind əyalətinin paytaxtı Karaçidəki beynəlxalq hava limanına silahlı hücum olub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücum nəticəsində 23 nəfər ölüb, 18-i yaralanıb.

Ölənlərdən 13-ü hava limanının təhlükəsizlik işçisi, 10-u isə hava limanına hücum edən silahlı qrupun üzvüdür. Pakistan ordusunun mətbuat xidməti beş saatdan çox davam edən silahlı qarşıdurmada bütün silahlıların zərərsizləşdirildiyini bildirib. Əməliyyatın başa çatdığı və hər hansı bir təyyarənin zərər görmədiyi deyilir.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Ancaq hücumun arxasında son günlər həyata keçirilən hava əməliyyatlarında 120 üzvü öldürülən və buna görə də hökuməti təhdid edən Taliban olduğu təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm