Yeni SSRİ Azərbaycanı sıxışdırır: Gəmilərimizə qadağa
Bizi izləyin

Dünya

Yeni SSRİ Azərbaycanı sıxışdırır: Gəmilərimizə qadağa

Yeni SSRİ Azərbaycanı sıxışdırır: Gəmilərimizə qadağa

Qazaxıstan Azərbaycana məxsus gəmiləri sıxışdırır. Bu barədə informasiya Axar.az-a etibarlı mənbələrdən daxil olub.

Mənbə gəmilərin sıxışdırılmağa başlanmasının Avrasiya İttifaqı ilə əlaqəli olduğunu söyləyib. O, mayın 29-da Belarusiya, Rusiya, Qazaxıstan arasında Avrasiya İttifaqının yaradılması ilə bağlı müqavilə imzalandıqdan sonra bu sıxışdırmanın daha da artdığını bildirib.

Mənbə məhz həmin sazişdən sonra sonra Qazaxıstanın Aktau limanına bir dənə də olsun Azərbaycan gəmisi buraxılmadığını deyib. Bundan sonra isə Xəzərdə Rusiya və Qazaxıstan gəmiləri yük daşımanı tam ələ alıblar. Qazaxıstanın Aktau limanından daşınan yüklər isə ancaq qazaxların tankerləri ilə Mahaçkala limanındakı rezervuarlara aparılmağa başlanılıb. Azərbaycan gəmilərinin yük daşınması haqda icazələri olsa da, hələ nə Rusiya, nə də Qazaxıstan rəhbərliyi buna heç bir şərait yaratmayıb.

Qoyulan qadağalar ümumilikdə Azərbaycan Xəzər Gəmiçiliyi QSC-nin büdcəsinə özünün təsirini göstərib. Bu üzdən artıq cari il ərzində dənizçilər üçün nəzərdə tutulan əməkhaqqı artımı da yubanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm