İrəvan təlaşda: Azərbaycan strateji tərəfdaş, Ermənistan kimdir?
Bizi izləyin

Dünya

İrəvan təlaşda: Azərbaycan strateji tərəfdaş, Ermənistan kimdir?

İrəvan təlaş içində – Azərbaycan strateji tərəfdaş, Ermənistan kimdir?

Xəbər verildiyi kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov 17 iyun tarixində Azərbaycana səfər edəcək.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç səfər zamanı regiondakı vəziyyət, həmçinin MDB çərçivəsində əməkdaşlığın müzakirə olunacağını deyib.

A. Lukaşeviç Azərbaycan və Rusiya xarici işlər nazirlərinin cari ildə dördüncü görüşünün keçiriləcəyini xatırladıb. Rusiya XİN sözçüsü Azərbaycanın Rusiyanın Qafqazdakı strateji tərəfdaşı olduğunu bildirib: “2013-cü ildə ikitərəfli ticarət həcmi 2012-ci ilə müqayisədə 4 faiz artaraq 3,5 milyard ABŞ dollarından çox olub. Rusiya Federasiyasının 500-dən çox şirkəti Azərbaycan müəssisələri ilə 71 sahədə əməkdaşlıq edir. Hazırda iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasına hazırlıq görülür. Rusiya Qəbələdə 23-24 iyun tarixlərində keçiriləcək Rusiya-Azərbaycan regionlararası V foruma da böyük ümidlər bəsləyir”.

Rusiya xarici işlər nazirinin bu səfəri Ermənistanda narahatlıqla qarşılanır.

Ermənilərin panarmenian.net saytında gedən bir yazıda “Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır, bəs Ermənistan kimdir” sualı qoyub. Yazıda Avrasiya İqtisadi İttifaqının yaradıldığı Astana sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Dağlıq Qarabağla bağlı məlum çıxışı və Rusiya Vladimir Putinin bunu sükutla qarşılaması xatırlanır. Erməni saytı həmçinin Rusiyanın Azərbaycana bir milyard dollarlıq silah satışına Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin “bu yalnız ticarətdir” deməsini xatırladıb. Yazıda qeyd edilib ki, səfir İvan Volınkinin bəyanatı da Cənubi Qafqazda Rusiya Federasiyasının davranışının ümumi çərçivəsinə uyğundur.

Panarmenian.net Rusiya xarici işlər nazirinin Bakıya səfərində Azərbaycanın Avrasiya İqtisadi İttifaqa üzvlüyünün də müzakirə oluna biləcəyini iddia edir. Eyni zamanda tərəflərin razılığa gələ bilməyəcəyini proqnozlaşdırır. Bildirilir ki, bu məsələdə N.Nazarbayevin də vasitəçiliyi kömək etməyə bilər.

“Hər halda, Rusiya bütün gücü ilə çalışır ki, Azərbaycanı Qərbə getməkdən saxlasın”, – erməni saytı sonda bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm