Şimali və Cənubi Koreya birləşdiriləcəkmi? - TARİXİ QƏRAR
Bizi izləyin

Dünya

Şimali və Cənubi Koreya birləşdiriləcəkmi? - TARİXİ QƏRAR

Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında baş tutan tarixi görüşdə iki dövlət arasındakı dəmiryollarının birləşdiriməsinin sürətləndirilməsi irəli sürülüb.

Publika.az xəbər verir ki, Mun Çje İn bildirib ki, sürət qatarlarının fəaliyyətə başlaması iki dövlət arasında əlaqələri daha da yaxşılaşdıracaq: "Dəmir yollarını birləşdirməyi sürətləndirmək və sürət qatarlarını tezliklə hərəkətə buraxmaq lazımdır. Şimali və Cənubi Koreyanın birləşdirilməsini tezləşdirmək lazımdır".

Görüşün gedişatı haqqında məlumat yayan Cənubi Koreya prezidentinin mətbuat katibi Yun Yon Çxan bildirib ki, irəli sürülən təklif gülüşlə qarşılanıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm