"Luna park"da FACİƏ: uşağın ayağı qopdu
Bizi izləyin

Dünya

"Luna park"da FACİƏ: uşağın ayağı qopdu

Türkiyənin Kocaeli bölgəsində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, nəhəng alış-veriş mərkəzlərindən birində yerləşən oyun parkında 4 yaşlı uşağın ayağı qopub. Türkiyə mediasının yaydığı məlumata görə, Məhəmməd Həmzə Başar adlı uşaq parkda hərəkət vəziyyətində olan "Draqon" adlı atraksiona yaxınlaşıb.

Nəticədə isə uşağın ayağı qurğunun altında qalaraq qopub. Uşaq dərhal xəstəxanaya yerləşdirilib.

Valideyn məsuliyyətsizliyi səbəbindən baş verən hadisə ətrafdakı insanları da şoka salıb.

Hazırda polis faktla bağlı araşdırma aparır.

Səbinə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm