Xodorkovskinin ortağı həbsdən çıxır
Bizi izləyin

Dünya

Xodorkovskinin ortağı həbsdən çıxır

Kremlin həbsdə olan tənqidçisi Platon Lebedev cümə günü həbsdən buraxıla bilər. Lebedev Mixail Xodorkovskinin biznes tərəfdaşıdır. Onun həbsdən buraxılmasına dair Rusiyanın Ali Məhkəməsinin qərarı var.

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Lebedev 2005-ci ildə vergidən yayınma ittihamıyla həbs olunub. O, siyasi müxalifət partiyalarını maliyyələşdirib və prezident Vladimir Putinlə mübahisəsi yaranıb. Putin ötən ay Xodorkovskini əfv edib.

Mayda buraxılmalı olan Lebedev əfv istəməyib və həbsdə qalıb. Cümə axşamı verilən qərarla onun həbs müddəti azaldılıb. Ancaq o, 500 milyon dollarlıq vergi ödəməlidir.

“Amnesty İnternational” qərarı tənqid edib, qərarı gələn ay Soçidə keçiriləcək Qış Olimpiya oyunları öncəsi Rusiyanın beynəlxalq imicinə xidmət edən siyasi qərar adlandırıb. “Amnesty” bildirib ki, Lebedevin buraxılması onun həbs qərarının ədalətsizliyini aradan qaldırmır.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm