
Rusiya xarici işlər naziri Ukraynanın digər regionlarında “Krım ssenarisi”nin baş verməyəcəyinə zəmanət istəyən Polşalı həmkarı Radoslav Sikorskinin sözlərinə gülüb.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Polşanın “Gazeta Wyborcza” qəzeti bildirib.
“Biz zəmanət istəyirik ki, Ukraynanın digər regionlarında Krım ssenarisi təkrarlanmayacaq”, – dünən Rusiya və Almaniya xarici işlər nazirləri ilə Sankt-Peterburqda keçirilən görüşdə R.Sikorski deyib. Onun rusiyalı həmkarı isə bu sözlərə gülüşlə cavab verib.
Qəzetin yazdığına görə, Sankt-Peterburqda keçirilən “kral üçbucağı”nın növbəti iclasında Ukrayna böhranı müzakirə olunub. Ancaq tərəflərin yekun razılaşma əldə edə bilmədiyi deyilir.
Ömər Dağlı