Dünyanın ən qədim ikinci qayası tapıldı
Bizi izləyin

Dünya

Dünyanın ən qədim ikinci qayası tapıldı

Dünyanın ən qədim qayası Avstraliyanın qərbində, Ceyk Hildə yerləşir. Onun 4 milyard 400 milyon illik yaşı var. Alimlər bu dəfə dünyanın ən qədim ikinci qayasının Hindistanda olduğunu iddia edir.

Publika.az xəbər verir ki, Hindistanda tapılan qayanın 4 milyard 240 milyon il yaşı olduğu deyilir. Bu, dünyanın ən qədim ikinci qayası olaraq tarixə düşəcək. "New Straits Times" nəşrinin yaydığı məlumata görə, dünyanın ən qədim ikinci qayası Hindistan, Çin və Malayziya geoloqları tərəfindən araşdırılıb. 8 il əvvəl tapılan bu qayanın Hindistanın Odiha əyalətində yerləşdiyi deyilir.

Uzun illər aparılan tətqiqatlar nəticəsində qayanın üzərində qədim əlyazmaların da olduğu bildirilib. Malayziyalı Geoloq Rajat Mazumder məsələ ilə bağlı verdiyi açıqlamada qaya üzərindəki materialların analiz nəticələri əsasında qayanın yaşını təxmin etdiklərini deyib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm