"Bizə ikinci Saakaşvili lazım deyil" - Putin
Bizi izləyin

Dünya

"Bizə ikinci Saakaşvili lazım deyil" - Putin

"Rusiyaya xalqın dəstəklədiyi, problemlərdən real çıxış yolları irəli sürən, pozitiv siyasətçilər lazımdır".

Publika.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Avstriya televiziyalarından birinə müsahibə verərəkən danışıb. Onun sözlərinə görə, seçkilər zamanı klounluq etməyə gərək yoxdur:

"Seçicilər yalnız və yalnız konkret problemlərin həllinə dair irəli sürülən real variantları olan şəxsləri dəstəkləyirlər. Onlar bir-birindən fərqli və əsassız həll yollarına reaksiya vermirlər. Biz istəmirik ki, siyasi sferada, ikinci, üçüncü Saakaşvili peyda olsun. Bəlkə sizə belə siyasi xadim lazımdır?"

Putin onu da qeyd edib ki, namizəd seçicilər arasında müəyyən nüfuza sahibdirsə, dövlət adından xalqla dioloqa girəcək şəxsə çevrilir:

"Heç bir nüfuzu olmayan, siyasi sferada 3%-lik dəstəyə sahib olmayan şəxslər, daha doğrusu, klounlar bizim nəyimizə lazımdır?"

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm