
NATO Türkiyənin Mosul şəhərindəki diplomatlarının İraq Şam İslam Dövləti (İŞİD) terrorçuları tərəfindən girov götürülməsi ilə bağlı fövqəladə toplantı keçirib.
Türkiyənin tələbi ilə keçirilən fövqəladə iclasda Mosuldakı
proseslər müzakirə olunub.
Saat 22:00-da baş tutan iclasda Türkiyənin NATO-dakı daimi
nümayəndəsi Fatih Ceylan məsələni gündəmə gətirib. Ceylan hadisənin
necə reallaşdığına dair Ankaradan gələn məlumatları çatdıraraq,
Türkiyənin hal-hazırda NATO-da hərbi səviyyədə bir tələb irəli
sürmədiyini bildirib.
Qeyd edək ki, İraqda İŞİD silahlıları Türkiyənin Mosuldakı baş
konsulu da daxil olmaqla, diplomatları və digər tük vətəndaşlarını
girov götürüb. /Ans/