Türkiyədə təcavüz edən cinayətkarlar xədim ediləcək - Hökumət açıqladı
Bizi izləyin

Dünya

Türkiyədə təcavüz edən cinayətkarlar xədim ediləcək - Hökumət açıqladı

22 iyun tarixində Türkiyədə itkin düşən 8 yaşlı Eylel Yağlıkaranın cəsədinin tapılmasından sonra ölkədə xaos yaranlb.

Publika.az xəbər verir ki, cinsi təcavüzdən sonra işgəncə edilərək öldürülən azyaşlının taleyi minlərlə insanı qorxu içində qoyub.

Azyaşlılara qarşı cinsi təcavüzün çoxaldığı son dövrlərdə cinayətkarların cəzasız qalması və ya haqq etdiyi cəzanı almaması hiddət yaradıb.

Türkiyənin baş nazirinin köməkçisin Bəkir Bozdağ məsələ ilə bağlı açıqlama verib. O bildirb ki, bundan sonra cinsi təcavüz edən şəxslərin xədim edilməsi üçün qanun layihəsinin qəbul edilməsi artıq ciddi şəkildə düşünülməlidir:

“Vəhşicə bir cinayətdir. Türkiyə olaraq bu növ cinayətlərin qarşısının alınması ilə bağlı ciddi tədbirlər aldıq. Ancaq bundan sonra belə ətdbirləri gücləndirmək üçün daha konkret addımlar atacağıq”.

Qeyd edək ki, kimyəvi xədimetmə kimi tanınan üsul hər hansı cərrahi müdaxilə olmadan müxtəlif dərmanlar istifadə edilərək aparılır. Kimyəvi xədimliyə məruz qalan şəxsin testosteron hormonu azalır və cinsi istəyi sıfırlanır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm