Hakim partiya HƏRƏKƏTƏ KEÇDİ: edam və xədim cəzası gəlir
Bizi izləyin

Dünya

Hakim partiya HƏRƏKƏTƏ KEÇDİ: edam və xədim cəzası gəlir

Türkiyənin Ağrı vilayətində 4 yaşlı Leylanın 18 günlük axtarışlardan sonra ölü halda tapılması ölkəni ayağa qaldırıb.

Publika.az xəbər verir ki, azyaşlının cinsi istismara məruz qalaraq öldürülməsi iddiası Ədalət və İnkişaf Partiyasını hərəkətə keçirib.

Partiyanın mətbuat katibi Mahir Ünal uşaqlara cinsi təcavüz cinayətlərinin qarşısını almaq üçün yeni qurulan hökumətdə edam və xədim cəzasının tətbiq edilə biləcəyini deyib.

Sözçü bildirib ki, yeni hökumət sistemində cinsi istismar haqqındakı qanunlarda dəyişiklik prioritet məsələlərdən biri olacaq:

“Bu mövzudakı həssaslığımız göz önündədir. Uşaqlarımızı qorumaq üçün lazımi yenilikləri edəcəyik. Edam və xədim cəzası haqqında düşünüb müzakirələr aparırıq. Gündəliyimizdə qadın, uşaq, sərhəd təhlükəsizliyi kimi məsələlər var”.

Qeyd edək ki, son bir neçə gün ərzində Türkiyədə iki azyaşlı qızın itkin düşməsi, daha sonra zorlanaraq öldürülməsi məsələsi xalqı təşviş içində qoyub. Bu gün daha 3 azyaşlının itkin düşməsi xəbəri yayılıb.

Xatırladaq ki, Türkiyədə edam cəzası Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 1920-ci ildən tətbiq edilməyə başlanmış, Avropa İttifaqının qərarı ilə 2002-ci ildə edam cəzası ləğv edilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm