Qadınlar artıq bu sektorda da çalışa biləcək
Bizi izləyin

Dünya

Qadınlar artıq bu sektorda da çalışa biləcək

Bu yaxınlarda ilk dəfə olaraq qadınlara sürücülük hüququ verən Səudiyyə Ərəbistanı bu dəfə daha böyük yeniliklə medianın diqqətini çəkib. Belə ki, ölkə tarixində ilk dəfə olaraq qadınlara notariatda işləməyə rəsmən icazə verilib.

Publika.az "RİA Novosti" istinadən xəbər verir ki, bu məlumatı ölkənin Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb. Onlar rəsmi olaraq 12 qadına notariatda işləmək üçün lisenziya veriblər. Bu lisenziya qadınların notariat kontorunda tam hüquqlü işçi kimi qeydiyyata düşməsini təmin edir.

Məlumata görə, ölkə əhalisinin (əksəriyyəti kişi olmaqla) 1,3 min nəfəri bu lisenziyaya sahibdir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında ard-arda qadınların hüquqları ilə bağlı edilən dəyişikliklər Məhəmməd bin Salmanın vəliəhd təyin edilməsindən sonra başlayıb. Ölkənin sosial-ictimai həyatında qadınların yeri ciddi surətdə önə çəkilib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm