İŞİD-dən təhdid: “Girovu ödəməsəniz, hər gün bir sürücü öldürüləcək”
Bizi izləyin

Dünya

İŞİD-dən təhdid: “Girovu ödəməsəniz, hər gün bir sürücü öldürüləcək”

İŞİD-dən təhdid: “Girovu ödəməsəniz, hər gün bir sürücü öldürüləcək”

İraqda 32 türk sürücüsünü qaçıran İŞİD istədikləri 5 milyon dollarlıq girov ödənmədiyi təqdirdə hər gün bir sürücünü öldürəcəyi ilə təhdid edir.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, iyun 10-da İŞİD terror təşkilatı 32 türk “TIR” sürücünü əsir götürmüşdü. Onların əvəzində ümumilikdə 5 milyon dollar girov istənilir. Əks təqdirdə, təşkilat hər gün bir sürücünü öldürəcəyi və “TIR”ı yandıracağı ilə təhdid edib.

Əsir sürücülərin bəzilərinin yaxınları Şimali İraqın Ərbil şəhərinə gələrək gedişatı buradan izləməyə başlayıblar. Ümidlə yol gözləyən ailələr sürücülərin azad edildiyinə dair çıxan yalan şayiələrə sərt reaksiya göstəriblər.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm