ABŞ-da Obamaya “müharibə başa çatmayıb” dedilər
Bizi izləyin

Dünya

ABŞ-da Obamaya “müharibə başa çatmayıb” dedilər

ABŞ-da Obamaya “müharibə başa çatmayıb” dedilər

Terror təşkilatı “İraq Şam İslam Dövləti”nin (İŞİD) İraqda həyata keçirdiyi hücumları ABŞ prezidenti

Barak Obamanı tənqid hədəfinə çevirib.

Publika.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, B.Obamanın İraqdan çıxma qərarı və daha sonra apardığı siyasət dövlət başçısının tənqid olunmasının səbəbləridir. Senatın iclasında İraqda yaşananlarla bağlı çıxış edən senator, keçmiş prezidentliyə namizəd Con Makkeyn B.Obamanın İraqdan geri çəkilmə siyasətini sərt tənqid edib.

O, İraq hökumətinin radikal islamçı qruplar qarşısında müdafiəsiz buraxıldığını deyib. C.Makkeyn İraqın ikinci bir Suriya və ya bərpa edilən xəlifə dövləti ola biləcəyini vurğulayıb.

“Müharibə düşmən məğlub olandan sonra başa çatar. İraq müharibəsi başa çatmadı, çünki İraqa qarşı döyüşən güclər hələ məğlub olmayıb. Əfqanıstanda Taliban hələ də ayaqdadır.

Müharibə ABŞ prezidentinin gözündə bitir, düşmənin gözündə bitmir”, - senator söyləyib.

Makkeyn Obamaya məsləhət verib ki, milli təhlükəsizlik məsləhətçilərinin ağlı ilə hərəkət etməsin. Nümayəndələr Palatasının rəhbəri Con Boxner B.Obamanın Orta Şərq siyasətini sərt şəkildə tənqid edib. O, Obama rəhbərliyinin İraqda yaxınlaşan təhlükəni yaxından görə bilmədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm