Eyfel qülləsi bağlandı
Bizi izləyin

Dünya

Eyfel qülləsi bağlandı

Parisdə turistlər ən sevdiyi məkan olan Eyfel qülləsi bağlanıb.

Parisdə turistlər ən sevdiyi məkan olan Eyfel qülləsi bağlanıb.

Buna səbəb maaş artımı tələb edən təhlükəsizlik xidmətinin əməkdaşlarının tətilidir.

Qüllənin təhlükəsizliyi ilə məşğul olan şirkət nümayəndələri bildiriblər ki, hazırlanan aksiya ilə bağlı heç bir məlumatları olmayıb. Şirkət rəsmiləri artıq həmkarlar ittifaqlarının nümayəndələriylə danışıqlara başlayıb.

Eyni zamanda Fransada artıq üçüncü gündür dəmir yolunun işçilərinin də tətili davam edir, demək olar ki, qatarların yarısının iş qrafiki ləğv edilib.

Dəmiryolçular fransız milli şirkəti SNCF-ın "Réseau Ferré de France" şəbəkəsinə birləşməsinə qarşı çıxırlar. Birləşmə baş tutsa dəmiryolçular dövlət xidmətçiləri kimi onlara qoyulmuş güzəştlərdən və pensiyalardan məhrum olacaqlar. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm