Dünya
Sabah Ukraynada matəm elan olundu
Bazar günü Ukraynada antiterror əməliyyatında həlak olan
hərbçi və əsgərlərin xatirəsinə matəm günü elan
edilib.
Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər ki, matəm
qərarını prezident Petro Poroşenko verib. O, ölənlərin ailəsinə
başsağlığı verib.
“Bazar gününü mən həlak olan hərbçilərimizin xatirəsinə matəm günü
elan edirəm. Bu, təkcə həlak olanların ailələri üçün yox, bütün
ölkə üçün böyük itkidir. Biz matəm içindəyik, lakin qətiyyətlə sülh
uğrunda mübarizəni davam etdiririk", - deyə ölkə başçısı
bildirib.
“Bu səviyyədə terror aktında əli olan hər bir adam mütləq cəzasına
çatacaq. Ukraynaya sülh lazımdır. Lakin terroristlər bizdən adekvat
cavab almalıdır”, - deyə Poroşenko qeyd edib.
Prezident milli təhlükəsizlik yığıncağının keçirilməsi və ölənlərin ailələrinə kömək göstərilməsi barədə Nazirlər Kabinetə tapşırıq verib.
Qeyd edək ki, bu gün saat 1:10 radələrində eniş etmək üçün hava limanına doğru uçan Ukrayna HHQ-yə məxsus İl-76 hərbi daşıma təyyarəsi zenit raket kompleksindən atəşə tutularaq partladılıb. Təyyarənin göyərtisində 9 ekipaj üzvündən savayı 40 nəfər hərbçi olub. Onların hamısı həlak olub. Prokurorluq “terakt” maddəsi ilə cinayət işinə başlayıb.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR