Abşeronda dəhşətli qətl – Təfərrüat
Bizi izləyin

Dünya

Abşeronda dəhşətli qətl – Təfərrüat

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Saray qəsəbəsi, "Badamlılıq" yaşayış massivində 1976-cı il təvəllüdlü Müşfiq Abbasov bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Müşfiq Abbasov xəstəxanada ölüb.

Məlum olub ki, Müşfiq Abbasov hadisədən əvvəl qaynı tərəfindən şəxsi münasibətlər zəminində mübahisə edib.

Onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.

Cinayəti törədən şəxs saxlanılıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm