Passiv seçici, natamam siyahılar: ilkin nəticələr açıqlanacaq
Bizi izləyin

Dünya

Passiv seçici, natamam siyahılar: ilkin nəticələr açıqlanacaq

Gürcüstanda keçirilən bələdiyyə seçkilərində seçici passivliyi müşahidə olunur.

Gürcüstanda keçirilən bələdiyyə seçkilərində seçici passivliyi müşahidə olunur.

Seçkiləri izləmək üçün Gürcüstanda ezam olunan Publika.Az-ın müxbiri Marneuli rayonu üzrə bir sıra məntəqələrdə müşahidə aparıb.

22 seçki dairəsinə daxil olan 86-cı seçki məntəqəsinin sədri Rəfail Namazov bildirib ki, günün ikinci yarısında seçicilərin aktivliyinin olacağına ümid edirlər. O, bu vaxta qədər sədrlik etdiyi məntəqədə qanun pozuntusu olmadığını, seçicilərdən heç kimin narazılıq bildirmədiyini deyib.

66-cı seçki məntəqəsinin sədri Elşən Həsənov da seçici passivliyini qeyd edib. Qanun pozuntusunun olmadığını deyən məntəqə sədri seçicilər arasında maarifləndirmənin zəif aparıldığını, bəzi seçicilərin şəxsiyyət vəsiqəsi olmadan səs verməyə cəhdlər etdiyini vurğulayıb.

Müxbirimizin olduğu müxtəlif məntəqələrdə analoji hal müşahidə olunub.

Bəzi seçicilərsə adlarının seçici siyahılarında tapmadıqlarını deyirlər. Məntəqə sədrləri isə dairələr üzrə siyahıların dəqiq tərtib olunduğunu bildirir. Bir sıra şikayətlər aktlaşdırılır.

Qeyd edək ki, günün ikinci yarısında ilkin nəticələrin açıqlanacağı gözlənilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm