Əfsanəvi liderin məzarı təhqir olundu
Bizi izləyin

Dünya

Əfsanəvi liderin məzarı təhqir olundu

Bosniya və Hersoqovina dövlətinin qurucusu və əfsanəvi prezidenti Aliyə İzzətbəyoviçin məzarı təhqir olunub.

Bosniya və Hersoqovina dövlətinin qurucusu və əfsanəvi prezidenti Aliyə İzzətbəyoviçin məzarı təhqir olunub.

Mərhum prezidentin qəbrində olan və adının yazıldığı mərmər lövhənin üstü sərt bir cismlə cızılıb. Sarayevo kantonu Daxili İşlər nazirliyinin sözçüsü İrfan Nefiç hadisənin ötən gün yerli vaxtl saat 18 radələrində baş verdiyini deyib.

Məlumata görə, hadisədə təqsirli bilinən A.N. adlı 38 yaşlı şəxs artıq saxlanılıb.

Nefiç bildirib ki, sabiq prezidentin məzarına “kaşikara” (qumbra) kəlməsi yazılıb.

Xatırladaq ki, Aliyə İzzətbəyoviçin məzarının olduğu Kovaçi şəhidlər xiyabanında 2006-cı il avqustun 11-də partlayış baş vermişdi. Hadisəni tərədənlər isə hələ də tapılmayıb. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm