Rusiya və Ukrayna arasında "silah müharibəsi" başladı
Bizi izləyin

Dünya

Rusiya və Ukrayna arasında "silah müharibəsi" başladı

“Rusiya Ukraynanın hərbi sənaye kompleksi ilə əlaqələrin dayandırılmasına hazırdır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiya baş nazirinin müavini Dmitri Roqozun “facebook” səhifəsində yazıb.

Baş nazirin müavini qeyd edib ki, artıq Rusiya hökumətinə Ukrayna istehsalı olan hərbi-sənaye məhsullarının əvəzlənməsi ilə bağlı plan təqdim edilib. O, Rusiyanın Ukraynanın təhdidləri qarşısında geri çəkilməyəcəyini bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının dünən keçirilən iclasında hərbi-sənaye kompleksinin Rusiya ilə əməkdaşlığını qadağan edib. ICTV kanalının “Söz azadlığı” proqramının qonağı olan Ukrayna baş nazirinin birinci müavini Vitali Yarema “bu gündən praktik olaraq Rusiyanın hərbi-sənaye kompleksi ilə istənilən əməkdaşlıq dayandırılıb” deyib. Ukrayna baş nazirinin müavini ölkəsinin məsələ ilə bağlı niyyətini hələ aprel ayının əvvəlində dilə gətirmişdi.

Aprel ayının sonunda isə Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasının üzvləri ilə görüşündə bildirmişdi ki, yaxın vaxtlarda Ukrayna hərbi məhsullarını əvəz etmək mümkün olacaq. Kreml rəhbəri həmçinin hərbi-sənaye kompleksi sahəsində Ukrayna-Rusiya əməkdaşlığın tam dayandırılmayacağına ümidvar olduğunu dilə gətirmişdi.

Ukraynanın Rusiyaya satdığı və təmir etdiyi hərbi məhsullar arasında “Voyevoda” RS-20V (NATO-nun təsnifatında “İblis”) qitələrarası ballistik raketləri, helikopter mühərrikləri (Rusiya Hərbi Hava Qüvvələrinin ehtiyacının 70 faizi) və hərbi gəmilər üçün motorlar xusisi yer tutur. Erkpertlər isə hesab edir ki, Moskva-Kiyev hərbi əməkdaşlığını tamamilə dayandırılması Rusiya ordusu üçün ciddi çətinliklər yaradacaq. Əlavə edək, Ukrayna Rusiya ilə hərbi əməkdaşlığı dayandıran yeganə ölkə deyil. Müasir silah texnologiyalarına sahib Qərb ölkələri də eyni qərar verib.

Rusiya müdafiən nazirinin müavini Yuri Borisov Kiyevin bu siyasətindən ilk növbədə Ukrayna həri-sənaye müəssisələrinin zərər görəcəyini bildirib. Onun fikrincə, Ukrayna yeni satış bazarları axtarmalı olacaq və bu xeyli vaxt çəkəcək.

Ancaq ukraynalı ekspertlər ümid edirlər ki, Rusiya ilə hərbi əlaqələrdən imtina edən Ukrayna yeni bazarlarda möhkəmlənə biləcək. Buraya NATO-ya üzv ölkələr də daxil edilir. Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçukun analitik materialında deyilir ki, Ukrayna və Rusiyanın müdafiə-sənaye kompleksləri arasında əməkdaşlığın dayandırılmasının Ukraynanın hərbi sənaye müəssisələrinə təsiri hiss olunacaq dərəcədə olmayacaq.

O qeyd edir ki, 2013-cü ildə Ukrayna xarici ölkələrə ümumilikdə 2,38 milyard dollarlıq hərbi məhsul ixrac edib. Bunun 1 milyard dolları isə Rusiyaya ixracatın payına düşür. 2013-cü ildə Rusiyadan Ukraynaya 700 milyon dollarlıq silah və hərbi ləvazimatlar ixrac olunub. İkitərəfli ticarətdə isə Ukrayna 300 milyon dollar müsbət saldosa malikdir.

Hərbi ekspertin sözlərinə görə, Rusiyanın Ukraynaya ixrac etdiyi müdafiə təyinatlı məhsulların 81 faizini Atom Elektrik Stansiyası üçün istifadə olunan məhsullar təşkil edir. “Bu məhsulların ixracı artıq mart ayında dayandırılıb. Ukrayna ABŞ firması olan “Westinghouse”a müraciət edərək Rusiyaya əvəz tapa bilər. Beləliklə, Ukrayna Rusiyadan idxal edilən müdafiə təyinatlı məhsulların 81 faizini əvəz edə biləcək. Ukraynanın Rusiyaya ixrac etdiyi məhsulların əksəriyyəti isə hazırda əvəzolunmazdır”,– hərbi ekspert qeyd edir.

D. Tımçuk 2013-cü ildə Ukraynanın 79, Rusiyanın isə 859 hərbi müəssisəsinin əməkdaşlığa cəlb edildiyini bildirir: “Buradan da görünür ki, hərbi əməkdaşlıq dayandırılarsa, Rusiyanın hərbi sənaye kompleksi daha çox zərər görər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm