Rahib təcavüz iddiası ilə həbs edildi
Bizi izləyin

Dünya

Rahib təcavüz iddiası ilə həbs edildi

Kanadanın Ontario əyalətinin London şəhərində rahib cinsi zorakılıq iddiaları ilə həbs edilib.

Publika.az xəbər verir ki, sözügedən hadisəni şəhərdə yerləşən Katolik kilsəsində rahiblik etmiş Deyvid Norton törədib. O, 4 il müddətinə azadlıqdan məhrum edilib. Haqqında irəli sürülən iddialara görə, o, 1990-cı illərdə adının açıqlanmasını istəməyən şəxsi cinsi istismara məruz qoyub. Bundan başqa rahibin qız nəvəsini görməsinə ömürlük qadağa qoyulub.

Daha bir bənzər hadisə isə Torontonun məşhur katolik tədris mərkəzlərindən sayılan "Bishop Allen Academy"nin sabiq ingilis dili müəllimi Qerri Makqillinin adı ilə bağlıdır. Belə ki, o da eyni ittihamla 33 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, katolik kilsəsi və cinsi zorakılıqla bağlı faktlar gündəmi zəbt edib. Cinsi zorakılıqların böyük əksəriyyətinin azyaşlı qız uşaqlarına qarşı törədilməsi və uzun illər üstüörtülü saxlanılması isə insanları hiddətləndirir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm