BMT-nin gizli Suriya direktivi üzə çıxdı
Bizi izləyin

Dünya

BMT-nin gizli Suriya direktivi üzə çıxdı

BMT-nin Suriya ilə bağlı gizli direktivləri üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Sözügedən direktivlərdə təşkilatın Suriyanın siyasi keçid dövrünü başa vurduqdan sonra ölkənin bərpasına yardım edəcəyi göstərilib. BMT-nin daxili sənədi ötən ilin 17 oktyabrında təşkilatın Suriyada fəaliyyət göstərən bütün strukturlarına göndərilib.

“Yalnız həqiqi və hərtərəfli siyasi keçid həyata keçirildikdən sonra BMT yenidənqurma işlərinə kömək edəcək”, - direktiv mətnində deyilib.

Sənəddə həmçinin BMT-nin iqtisadi layihələrdə iştirak etməyəcəyi, Suriyada yalnız insanların həyatını xilas etmək üçün humanitar layihələrdə iştirakın nəzərdə tutulduğu qeyd olunub.

Nəşrin məlumatına görə, sənədin müəllifi BMT baş katibinin siyasi məsələlər üzrə keçmiş müavini Ceffri Feltman olub. O bu vəzifəni cari ilin yazında tərk edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm