Çiyələklərə iynə batıran şəxsin kimliyi TƏƏCCÜB yaratdı: "Zarafat edirdim"
Bizi izləyin

Dünya

Çiyələklərə iynə batıran şəxsin kimliyi TƏƏCCÜB yaratdı: "Zarafat edirdim"

Avstraliyada çiyələyə iynə batırmaqda şübhəli bilinən uşaq saxlanılıb.

Publika.az xəbər verir ki, ölkədə böyük təşvişə səbəb olan hadisədə çiyələklərə iynə qoyduğunu etiraf edən uşaq saxlanılıb. Əyalət qanunlarına görə, insanların həyatı üçün təhlükə yaratması səbəbindən uşağa 10 ilə qədər həbs cəzası düşür.

Uşaq ifadəsində bunu zarafat olsun deyə etdiyini deyib.

Əyalət polisi S.Smit uşağın qanunla cəzalanmalı olduğunu bəyan edib: "Əyalət qanunları əsasında ərzaqları bilərək zərərli hala gətirən şəxslərə 10 ilə qədər həbs cəzası düşür. Bundan başqa, bu kimi davranılara yol verən şəxslər haqqında polisə məlumat verən vətəndaşları 100 min Avstraliya dolları dəyərində pul mükafatı gözləyir".

Xatırladaq ki, içərisinə iynə yerləşdirilmiş çiyələklər Viktoriya, Qərb Avstraliya, Yeni Cənubi Uels, Tazmanya və Qərbi Avstraliya ştatlarında aşkarlanmışdı. Bundan başqa, ölkə daxilində təxminən 100 nəfərə yaxın şəxs içində iynə olan çiyələklərdən şikayət edib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm