Bu ölkəyə "Su-35" qırıcısının tədarükü ləğv edildi
Bizi izləyin

Dünya

Bu ölkəyə "Su-35" qırıcısının tədarükü ləğv edildi

İndoneziyaya göndərilməli olan 11 ədəd "Su-35" qırıcısının tədarükü ləğv edilib.

Publika.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu, ABŞ-ın CAATSA qanunu çərçivəsində ləğv edilib. Belə ki Rusiya tərəfi İndoneziyaya göndərilməli olan ilk təyyarəni oktyabr ayına qədər təhvil verməli idi. Lakin ABŞ İndoneziyaya sanksiya tətbiq edərək bu qanunun tələblərini pozub. Daha əvvəldən isə CAATSA qanunu çərçivəsində sanksiya tətbiq edəcəyi ölkələrlə bağlı zəmanət vermədiyindən bu qərar son anda ləğv edilib.

Xatırladaq ki, CAATSA qanununa əsasən, ABŞ özünün sanksiyalar siyahısına saldığı Rusiya hərbi şirkətləri ilə əlaqələri dayandırıb və bu şirkətlərdən əhəmiyyətli həcmdə silah alan hər bir ölkə və şirkətə də sanksiya tətbiq edəcəyini bəyan edib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm