Ukraynada sabah atəşkəs rejimi tətbiq ediləcək, amma…
Bizi izləyin

Dünya

Ukraynada sabah atəşkəs rejimi tətbiq ediləcək, amma…

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində vəziyyəti nizama salmaq üçün hazırladığı sülh planını sabah açıqlayacaq.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın baş prokuroru Vitali Yarema bildirib.

“Prezident sabah rəsmən sülh planını bəyan edəcək”,– baş prokuror deyib. O, sülh planının bəyan ediləcəyi yer və tarixin müəyyənləşdirilmədiyini söyləyib.

Qeyd edək ki, P.Poroşenko Ukraynanın şərqində hərbi əməliyyatları dayandırmağa hazır olduğunu deyib. Amma dövlət başçısı bunun əvəzində qanunsuz silahlı birləşmələri silahı yerə qoymağa çağırır.

“Sülh planının icrası atəşin birtərəfli qaydada dayandırılması haqqında əmrimdən sonra başlanır”,– P.Poroşenko dünən Kiyevdə bildirib. Onun sözlərinə görə, atəş rejimi çox qısa müddətdə davam edəcək və bu müddət ərzində qanunsuz silahlı birləşmələr silahı yerə qoymalıdır. Ukrayna prezidenti söz verib ki, ölkəni tərk etmək istəyənlər üçün hər cür imkan yaradılacaq.

Sülh planı Ukrayna prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə dünənki telefon danışığında da müzakirə edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm