Hüsnü Mübarəkin ayağı sındı
Bizi izləyin

Dünya

Hüsnü Mübarəkin ayağı sındı

Hazırda həbsdə olan Misirin sabiq prezidenti ayağını sındırıb.


AzNews.az “The Guardian”a istinadən xəbər verir ki, Misirin 86 yaşlı keçmiş prezidenti Hüsnü Mübarək hamam otağında sürüşüb və bud nahiyəsi sınıb.


Həbsxananın təhlükəsizlik xidmətinin əməkdaşları bildirib ki, keçmiş prezidentin sınıq nahiyəsində cərrahi əməliyyat ediləcək.


Xatırladaq ki, Hüsnü Mübarək büdcə vəsaitlərinin mənimsənilməsi və mülki şəxslərə atəş açılmasında ittiham olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm