“Yanukoviç və Putinin Ukrayna planı çoxdan hazır idi” – Rəsmi iddia
Bizi izləyin

Dünya

“Yanukoviç və Putinin Ukrayna planı çoxdan hazır idi” – Rəsmi iddia

“Yanukoviç və Putinin Ukrayna planı çoxdan hazır idi” – Rəsmi iddia

Rusiya Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə birlikdə Krımın işğalı və Ukraynanın şərqindəki hadisələrə çoxdan hazırlaşırdı.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə UkraynaTəhlükəsizlik Xidmətinin rəhbəri Valentina Nalivayçenko bildirib.

“2013-cü ilin dekabrından 2014-cü ilin fevral ayının sonuna kimi Ukrayna xüsusi xidmət orqanlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli şəxslərinin təmsil olunduğu üç qrup işləyirdi. Bu müddət ərzində bütün müasir silah, şəxsi işlər, arxivlər, bir sözlə, xüsusi xidmət strukturlarının əsaslandığı hər şey Simferopola gətirilib. Ukrayna dövlətini müdafiə etməli olan bölmələr Rusiya agenturası ilə doldurulmuşdu”, – V. Nalivayçenko deyib.

Rusiya ilə bütün əlaqələrin dayandırıldığını vurğulayan Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri hərbi əks-kəşfiyyatın işində də dəyişikliyin olduğunu söyləyib: “Ukrayna əks-kəşfiyyatı yüz faiz yenilənib. İndi orada gənc zabitlər işləyirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm