Suriya yenə qana bələndi: 34 ölü – Son dəqiqə
Bizi izləyin

Dünya

Suriya yenə qana bələndi: 34 ölü – Son dəqiqə

Suriyanın qərbindəki Hama şəhərində bomba yüklənmiş bir avtomobilin partlaması nəticəsində 34 nəfər həlak olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, üç ildən çoxdur davam edən vətəndaş qırğını hələ də davam edir. Belə ki, Suriyaın rəsmi xəbər agentliyi “SANA”nın verdiyi xəbərə görə, bu gün Hamada bomba yüklənmiş bir avtomobil partlayıb.

Hadisə nəticəsində ətrafda olan 34 nəfər həlak olub. Həmçinin 50-dən çox yaralının olduğu qeyd olunur.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm