Dünya
Ərdoğan Qaşıqçını kimin öldürdüyünü AÇIQLADI: Cinayət əmrini...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Washington Post" qəzeti üçün jurnalist Camal Qaşıqçı cinayətini qələmə alıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. O, Səudiyyə Ərəbistanının Camal Qaşıqçı cinayətində bir çox suala aydınlıq gətirməli olduğunu bildirib. "Qaşıqçının ölüm əmrini kralın verdiyinə heç vaxt inanmadım. Əmri Səudiyyə Ərəbistanı hökumətinin yüksək vəzifəli məmurları verib", - deyə Ərdoğan bildirib.
"Qaşıqçının qətlinin üstündən bir ay keçib, İslam üsulu ilə dəfn edilmək onun haqqıdır. Nəşini tapıb cinayətin üstünü açmaq boynumuzun borcudur. Əlimizdə olan bütün sübutları ABŞ başda olmaqla bütün dost və müttəfiq ölkələrə təqdim etdik. Uzun illərə söykənən dostluğumuz gözlərimizin önündə işlənən bu cinayətə göz yumacağımız anlamına gəlməməlidir. Heç kəs NATO müttəfiqi olan bir ölkədə bu cür cinayət törətməyə cürət etməməlidir. Əks halda çox ciddi nəticələri olacaq. Qaşıqçını öldürənləri və Səudiyyə yetkililərinin kimə güvənərək bu hərəkətləri etdiklərini ortaya çıxarmağa məcburuq".
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...







































