
Hindistanda iki azyaşlı bacının vəhşicə öldürülməsinin
ardından Pakistanda da dəhşətli təcavüz hadisəsi
yaşanıb.
20 yaşlı Müzammil Bibi adlı gənc qız üç nəfərdən zorlandıqdan
sonra ağacdan asılıb.
Pəncab əyalətinin Layyah bölgəsində yaşanan bu hadisəni törədənlər
saxlanılıb. Və onlar günahlarını etiraf ediblər.
Qeyd edək ki, bir qədər əvvəl Hindistanda 14 və 15 yaşlı bacılar
zorlandıqdan sonra ağacdan asılmışdı. /Ans/