Dünya
İnanılmaz FIRILDAQ: yardım adı ilə 680 000 manat yığıb sevgilisi ilə kef çəkdi - - FOTO
ABŞ-ın Filadelfiya şəhərində ötən il dünya miqyasında müzakirə edilən bir yardım kampaniyasının əslində yalan olduğu üzə çıxıb.
Publika.az xəbər verir ki, cibindəki son pulunu benzini bitdiyi üçün yolda qalan qadına verən Conni Bobbit adlı kimsəsiz adam üçün təşkil edilən yardım kampaniyasının ssenarisi əslində öncədən qurulub.
Belə ki, qadın cibindəki son 20 dollarını ona xərcləyən adamın xeyirxah əməlini qarşılıqsız qoymamaq üçün sosial media hesabından yardım kampaniyası başladıb. Bu kampaniya çərçivəsində 9 ayda 400 000 dollar (680 000 manat) toplanıb. Lakin yığılan pul kimsəsiz şəxsə verilməyib. Kampaniyanı təşkil edən qadın həmin pulu sevgilisi ilə birlikdə istirahətə xərcləyib, özlərinə lüks avtomobil alıb və qumar oynayıblar. Kimsəsiz Bobbitə isə sadəcə kiçik bir səyahət maşını alıblar.
Lakin Nyu Cersi ştatında mətbuat konfransı təşkil edən prokuror Skot Koffina kampaniyaya ilham verən hekayənin tamamilə qurma olduğunu açıqlayıb. Buna görə də kampaniyanı təşkil edən cütlüklə birgə kimsəsiz kimi qələmə verilən Conni də cinayət məsuliyyətinə cəlb edilib. Prokuror bu planın kampaniya başladılmadan 1 ay öncə ərsəyə gəldiyini bildirib. Hazırda təqsirkar şəxsləri 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.
Zümrüd
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü