Sevgilisini narkotik tacirinin evində çılpaq yaxaladı - İKİSİNİ DƏ VURDU
Bizi izləyin

Dünya

Sevgilisini narkotik tacirinin evində çılpaq yaxaladı - İKİSİNİ DƏ VURDU

Türkiyənin Antalya şəhərində M.K. adlı şəxs ingilis əsilli sevgilisinin narkotik maddə satan Fatih Zeybekin evində olduğunu öyrənib və həmin mənzilə hücum çəkib. Dava əsnasında Zeybek başından ingilis məşuqəsi isə üzündən zərbələr alıb. Ardınca Fatih Zeybek polis bölməsinə gətirilib. O, "Başqalarına çatınca, dövlətə çatsın" deyərək bütün narkotik maddələri polisə təhvil verib.

Publika.az "Hürriyet"ə istinadən xbər verir ki, Fatih Zeybek adlı narkotik maddə satıcısı öncə ingilis məşuqəsini evinə gətirib. İngilis qadının sevgilisi hadisə yerinə gələndə onları çılpaq vəziyyətdə yaxalayıb və küt alətlə zərbələr endirib.

Zeybekin evinə gələn təcili tibbi yardım və polis işçiləri duruma müdaxilə ediblər. Elə burada məlum olur ki, Fatihin əsas işi narkotik satmaqdır. O isə evindəki narkotik barədə polisi xəbərdar edir.

Fatih Zeybek artıq həbs edilib.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm