Putinin taktikalarında oxşarlıq tapdılar
Bizi izləyin

Dünya

Putinin taktikalarında oxşarlıq tapdılar

Litva Respublikasının prezidenti Dalya Qribauskayte növbəti dəfə Rusiya prezidenti Vladimir Putini hədəfə alıb.

Publika.az-ın verdiyi xəbərə görə, prezident alman nəşri “Focus”a müsahibəsində V.Putinin taktikasını Adolf Hitler və İosif Stalinin taktikaları ilə müqayisə edib.

Litva liderinin fikrincə, Rusiya prezidenti ərazilərin tutulması üçün milli məsələlərdən istifadə edir və enerji linglərinin köməyi ilə sabiq SSRİ respublikalarına təsiri bərpa etməyə çalışır. D.Qribauskayte həmçinin Kalininqrad vilayətində Rusiya ordusunun müntəzəm keçirilən təlimlərinə toxunub.

Onun fikrincə, sözügedən təlimlər qonşuların qorxudulması üsulu kimi keçirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm