İnternetin köməyi ilə “ordu” – Kim tank sürə bilir?
Bizi izləyin

Dünya

İnternetin köməyi ilə “ordu” – Kim tank sürə bilir?

Ukraynanın şərqinə göndərilən terrorçular Rusiyanın Rostov vilayətində internet vasitəsilə cəlb edilir.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə BBC-yə müsahibəsində könüllülərin cəlb edilməsi işinə koordinatorluq edən Yuri danışıb.

BBC-nin yazdığına görə, internetdə yaxın vaxtlarda tankçılar, pilotlar və raket atmaqda peşəkar olanların cəlb edilməsi ilə bağlı elan verilmişdi. Amma Yuri muzdlulara silahı Rusiyanın verdiyini inkar edir.

“Rusiya tankları, Kalaşnikov avtomatı kimi hər yerdə tapa bilərsiniz. Hətta uzaq Tailandda. Bəli, Ukraynadakı silahlar Rusiyada istehsal edilib. Amma bu silahların oraya necə getdiyini kim bilir?”– o bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm