Ukraynanı təslim etməyin variantları: “Çeçen taktikası” və…
Bizi izləyin

Dünya

Ukraynanı təslim etməyin variantları: “Çeçen taktikası” və…

Ukrayna Siyasət İnstitutunun rəhbəri, politoloq Kost Bondarenko ölkəsi ilə bağlı qorxulu bir proqnoz irəli sürüb.

Publika.az-ın verdiyi xəbərə görə, politoloq gordonua.com saytına açıqlamasında Ukraynanın “çeçen taktikası” ilə üz-üzə qala biləcəyini deyib.

K.Bondarenkonun fikrincə, terrorçular “çeçen taktikası”nı tətbiq etməklə Ukraynanın Dneprepetrovsk, Kiyev, Lvov və digər şəhərlərdə terror aktları həyata keçirə bilərlər.

Hamıya məlumdur ki, çeçenlər Rusiya ilə müharibə apardığı, eləcə də sonrakı illərdə Rusiyanın müxtəlif şəhərlərində terror aktları həyata keçirib. Onlardan ən çox səs-küy yaradanları isə məhz paytaxt Moskvada baş tutmuşdu.

Ukraynalı politoloqun fikrincə, ölkənin belə bir variantla üz-üzə qalmaması üçün xüsusi xidmət orqanlarının üzərinə ciddi iş düşür. “Xüsusi xidmət orqanlarının əsas işi bu cür qrupların yaradılması haqqında informasiyanı izləmək və onların fəaliyyətini dayandırmaqdan ibarətdir”,– Ukrayna Siyasət İnstitutunun rəhbəri bildirib.

Politoloq digər bir variantın da olduğunu qeyd edib: “Donetsk və Luqansk vilayətlərindəki silahlı münaqişə başqa regionlara keçə bilər. Bu münaqişə separatizm əhvali-ruhiyyəsi ilə deyil, sosial gərginlik və Kiyev hakimiyyətindən narazılıq ilə stimullaşdırılacaq. Amma yaxın vaxtlarda bunu gözləmək lazım deyil. Çünki Zaporojye, Dneprepetrovsk və Xarkovda vəziyyət son zamanlar qismən sabitdir. Ehtimal ki, bu variant yalnız uzaq perspektivdə mümkündür. Bu variantın həyata keçirilmə ehtimalı Kiyev hakimiyyətindən asılıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm