Saakaşvili: “Putin atəşkəslə üç məsələni həll etmək istəyir”
Bizi izləyin

Dünya

Saakaşvili: “Putin atəşkəslə üç məsələni həll etmək istəyir”

“Ukrayna prezidentinin elan etdiyi atəşkəsdən Rusiya tərəfdarları yenidən qruplaşmaq və yeni ərazilərin tutulması üçün istifadə edir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Donetsk və Luqansk vilayətlərindəki münaqişə 1992-1993-cü illər Abxaziya müharibəsinin oxşarıdır.

“Bugünkü atəşkəslə Putin ehtimal ki, 3 məsələni qarşısına qoyub. Birinci, məsələ Qərbin sanksiyalarının üçüncü mərhələsindən qaçmaqdır. İkincisi, Putin Donetsk və Luqanskda quldurlardan ibarət yeni subyektlər yaratmağı bacarıb və gələcəkdə münaqişənin Ukrayna ilə Rusiya deyil, Ukrayna ilə bu subyektlər arasında olduğunu göstərməyə çalışacaq. Üçüncü məsələ isə Ukrayna hökumətinin ayıqlığını azaltmağa çalışmaq, Ukrayna qoşunlarının Donetsk və Luqanskdan qovulması üçün həlledici zərbəni vurmaqdır”, – Saakaşvili qeyd edib.

Bununla belə, sabiq prezident əminliklə ifadə edib ki, Ukrayna rəhbərliyi kifayət qədər təcrübəyə malikdir: “Ümid edirik ki, Ukrayna rəhbərliyi bütün mümkün riskləri təhlil etməyi bacaracaq və Putinin Ukraynanın parçalanması barədə planının həyata keçməsinə imkan verməyəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm