Türkiyədə superliqa klubunun binasına silahlı HÜCUM
Bizi izləyin

Dünya

Türkiyədə superliqa klubunun binasına silahlı HÜCUM

Türkiyənin Malatya şəhərində silahlı insident baş verib.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, ötən gecə - yerli saatla 1 radələrində bir qrup maskalı şəxs şəhərin “Malatyaspor” futbol klubunun binasına hücum edib. Avtomobillə gələn şəxslər binaya bir neçə dəfə atəş açıb.

Hadisə yerinə dərhal polis qüvvələri cəlb edilsə də, maskalılar maşına minərək uzaqlaşıblar. Məlum olub ki, binanın pəncərələrinə 3 güllə tuş gəlib.

Hadisəni törədən şəxslər axtarılır.

Qeyd edək ki, “Malatyaspor” futbol klubu Türkiyə superliqasının ortabab komandalarından sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm