Ağ Evdən Gülən AÇIQLAMASI
Bizi izləyin

Dünya

Ağ Evdən Gülən AÇIQLAMASI

ABŞ prezidenti Donald Tramp FETÖ terror təşkilatının lideri Fətullah Güləni Türkiyəyə ekstradisiya etməyi öhdəsinə götürməyib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Departamentindən səlahiyyətli şəxs informasiya yayıb.

Xəbəri isə “Röyters” xəbər agentliyi verib. Xəbərə görə, prezident Rəcəb Tayyib Ərdoğanla Argentinada G20 zirvəsində görüşən Donald Tramp Fətullah Gülənin Türkiyəyə qaytarılmasına söz vermədiyini bildirib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gülənin Türkiyəyə qaytarılması məsələsinin gündəmdə olduğunu söyləyib. Əlavə edib ki, ABŞ-ın 15 ştatında FETÖ terror təşkilatı ilə bağlı əməliyyat başlayıb. Ərdoğan isə G20 zirvəsindən sonra mətbuat konfransında Trampla FETÖ məsələsini müzakirə etdiklərini açıqlamışdı.

Xarici işlər nazirinin açıqlamasına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hər hansı cavab verilməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm