İŞİD 20 türkməni öldürdü
Bizi izləyin

Dünya

İŞİD 20 türkməni öldürdü

İraq Şam İslam Dövləti qruplaşması 20 türkmən öldürüb.

ANS PRESS-in məlumatına görə, Mosulun Reşidiyye bölgəsində türkmənlərlə İŞİD arasında şiddətli döyüşlər gedib.

Belə ki, şiə türkmənlərin yaşadığı el-Kubbe və Şerihan kəndlərinə İŞİD silahlıların etdiyi hücum nəticəsində yüzlərlə ailə evlərini tərk edib. Şiddətli döyüşlərdə 20 nəfər öldürülüb, 50 nəfər isə İŞİD tərəfindən qaçırılıb.

Qeyd edək ki, İŞİD-in təşkil etdiyi hücumların nəticəsində 1 milyona yaxın İraq vətəndaşı evlərindən qaçqın düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm