Kramatorsk aeroportu uğrunda döyüşlər gedir
Bizi izləyin

Dünya

Kramatorsk aeroportu uğrunda döyüşlər gedir

Luqansk vilayətinin Kramatorsk şəhər aeroportu ətrafında terrorçularla Ukrayna ordusu arasında şiddətli döyüşlər gedir.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Luqans Xalq Respublikası”ndakı mənbə bildirib.

Məlumata görə, terrorçular Ukrayna ordusunun bir BMP və bir BTR zirehli texnikasını vurub. “Biz onları “Faqotom”la (tank əleyhinə idarə olunan raket) vurduq. Vurulmuş zirehli texnikalar döyüş meydanında qalır”, - mənbə bildirib.

Hər iki tərəfdən olan itkilər barədə məlumat verilmir.

Mənbə Kiyevin sülh planına inanmadıqlarını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm