Bu ölkədə 50-dən çox kütləvi məzarlıq tapıldı
Bizi izləyin

Dünya

Bu ölkədə 50-dən çox kütləvi məzarlıq tapıldı

Konqo Demokratik Respublikasının Yumbi şəhərinin ətrafında 50-dən çox kütləvi məzarlıq tapılıb.

Publika.az xəbər verir ki, hər bir məzarda 5 nəfərdən 100 nəfərədək şəxs basdırılıb.

Bildirilir ki, cəsədlərin dəqiq sayını müəyyənləşdirmək hazırki şəraitdə mümkün deyil. Kütləvi məzarlıqda dəfn edilənlərin hamısı etnik münaqişə zəminində öldürülən dinc sakinlərdir.

Qeyd edək ki,ötən ilin 16-19 dekabr tarixlərində Konqoda baş verən etnik müharibədə yüzlərlə insan ölüb. Toqquşmalar zamanı 465-dən çox ev və iş yeri yandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm